İngiltərədə daha bir tibb bacısı koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, üç uşaq anası Areema Nasreen adlı tibb bacısı koronavirus xəstələrini müalicə edərkən virusa yoluxub. Edilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bununla İngiltərədə koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin sayı 6-a çatıb.