Avropa ölkələrindən İspaniyada koronavirusla bağlı vəziyyət ağırlaşır.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 809 nəfər arataraq 11 744-ə çatıb. Ümumilikdə koronavirusdan ölənlərin sayına görə 10 min nəfəri keçən iki ölkə var. Onlar İspaniya və İtaliyadır. 

Qeyd edək ki, 12 dekabr 2019 tarixində Çində meydana gələn bu pandemiyaya dünayda 1 milyondan çox insan yoluxub, 60 mindən çox insan isə bu səbəbdən dünyasını dəyişib.