Koronavirus bütün dünyada yayılmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Hollandiya Səhiyyə Nazirliyi, son 24 saat ərzində koronavirus səbəbiylə daha 164 insanın öldüyünü açıqlayıb.

Hollandiyada ümumi olaraq  koronavirusdan həyatını itirənlərin sayı 651-ə, yoluxanların sayı isə 16 min 627-yə  çatıb. 

Qeyd edək ki, dünyada koronavirusdan əziyyət çəkənlərin sayı 1 milyon 132 min 17-ə yüksəlib.