Fransa Müdafiə naziri Florens Parly, təxminən 600 əsgərin koronavirus testinin müsbət olduğunu açıqlayıb.

Unikal.org Fransa KİV-ə istinadən məlumat verir ki, Florans Parly vəziyyətin yaxından izlənildiyini, lakin ordunun öz tapşırıqlarını yerinə yetirmə qabiliyyətinə təsir göstərmədiyini söyləyib.

Qeyd edək ki, indiyə qədər ölkədə 83 min 29 nəfərə koronavirus diaqnozu qoyulub. 6 min 520 adam isə həyatını itirib.