“Hər birimiz yaranmış vəziyyətin ciddiliyini nəzərə almalıyıq. Bir fərdin məsuliyyətsizliyi bütövükdə millətin böyük bir hissəsinin salamat və qağlam qalmasını təhlükə altına ata bilər”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı səsləndirib. O bildirib ki, dövlət bu təhlükəni nəzərə alaraq, önləyici təbirlər həyata keçirir:

“Ona görə də hər bir şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi şəkildə riayət etməlidir. Karantin rejiminə əməl olunmasa, bu, acı nəticələrə səbəb ola bilər. Bu da ölkədə fövqəladə hal elan olunmasına gətirib çıxarar. Bu gün gözümüzün önündə səhiyyəsi öndə gedən ABŞ, Italiya, İspaniya, Fransa və Almaniyada vəziyyətin necə olduğuna dair xəbərləri izləyirik. Ölkəmizdə cənab Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında yaranmış şəraitdən az itki ilə çıxmaqdan ötrü görülən tədbirlər təqdirə layiqdir. Hökumətimiz özündən asılı olan hər şeyi edir. Ən vacibi ondan ibarətdir ki, vətəndaşlar həm özlərinə, hakimiyyət orqanlarına, həm də ətrafdakılara problem yaratmasınlar”.

Elvin Rüstəmov