Bu ilin aprel-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna əlavə 50 milyon manat vəsait ayrılacaq.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Bundan başqa, güzəştli ipoteka kreditlərinin verilməsi üçün əlavə 90 milyon manatın, həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün isə 280 milyon manat ayrılacaq.