Çində meydana gələn və sürətlə bütün dünyada yayılan ölümcül koronavirus (Covid-19) bir çox məşhura təsir göstərib. 

Unikal.org xəbər verir ki, məşhur amerikalı müğənni Pink, 3 yaşlı oğlu Jameson ilə 2 həftə əvvəl korona virusu ilə yoluxduğunu açıqlayıb. Daha sonra Pink, oğlu ilə birlikdə bu virusa qalib gəldiyini sosial şəbəkədə paylaşım edərək bildirib. 

Belə ki, “İki həftə əvvəl 3 yaşlı oğlum Jameson və mən “Covid-19”dan verdiymiz test nəticəsi müsbət oldu. Xoşbəxt idik ki, biz, həkimimiz sayəsində 2 həftə boyunca onun dediklərini yerinə yetirdik. Koronavirusdan yenidən test verdik. Bu dəfə nəticəsi mənfi oldu” deyərək virusa qalib gədiyini bölüşüb.