Abşeron rayonunda bir nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Nəzirli Nail Nazim oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona sol bud sümüyünün sınığı, sağ diz qapağının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.