Çində son sutka ərzində 30 nəfər yeni növ koronavirusa yoluxub, onlardan 25-i ölkəyə xaricdən gəlib.

Unikal.org "TASS"-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxmuş üç xəstə ölüb, daha 213 nəfər isə sağalıb. Ölüm hallarının hamısı Hubey əyalətində qeydə alınıb. Bununla belə, son sutkada burada yeni yoluxma halına rast gəlinməyib.

Ölkədə epidemiyanın başlanğıcından bəri ümumilikdə 81 669 nəfər virusa yoluxub, 3329 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib.