Kayseridə bədbəxt hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Derevenk Viyadüğü adlı yerdə "selfie" çəkmək istəyən Yunus Vicdanlıer tarazlığını itirərək 20 metr yüksəklikdəki qayalıqlardan aşağı yuvarlanıb.

Hadisə yerinə dərhal polis, xilasetmə qrupları və təcili yardım gəlib. 30 yaşlı şəxs təxminən 1,5 saat sonra xilas edilib. 

Xərəklə 200 metr boyunca danışdıqdan sonra təcili yardımla xəstəxanaya aparılan Yunus Vicdanlıerin vəziyyətinin yaxşı olduğu bildirilib.