Moldovada iki nəfər koronavirus pandemiyasının qurbanı olub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu məlumat verib. Onun sözlərinə görə, vəfat edənlər 41 yaşlı kişi və 61 yaşlı qadındır. Hər iki şəxs xroniki xəstəliklərdən əziyyət çəkib.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 752 nəfər təşkil edir, 12 ölüm faktı qeydə alınıb. Moldova parlamenti martın 17-dən 60 günlük fövqəladə tejim tətbiq edib.