Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusun (Covıd-19) qurbanlarının sayı artmaqdadır.

Unikal.org xəbər verir ki, ABŞ-da son sutka ərzində koronavirusdan ölənlərin sayı 1 344 nəfər olub. Bu dəhşətli virusa yoluxanların ümumi sayı isə 34 272 nəfər artaraq 312 237-ə çatıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün etdiyi açıqlamada "Təəssüf ki, çox sayda insan öləcək" demişdi.