İranda sutka ərzində koronavirusa 2483 yeni yoluxma faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 58 min 226 minə çatıb, 3603 nəfər ölüb.

Bundan əvvəl isə İran Prezidenti Həsən Ruhani bildirib ki, aprelin 18-dən əyalətlərarası gediş-gəliş bərpa olunacaq.