İspaniyanın Baş Naziri Pedro Sançes öz ölkəsində də sürətlə yayılmağa davam edən koronavirus pandemiyası ilə bağlı Avropa İttifaqına çağırış məktubu yazıb.

Unikal.org xəbər verir ki, o, "Vətəndaşlarımız ölür. Xəstəxanalar artıq dolub-daşıb. Ya bu vəziyyətə qarşı həmrəyliklə cavab verərik, yada birliyimiz çökər" ifadələrini işlədib.

Baş Nazir qeyd edib ki, məsələ ilə bağlı Avropa İttifaqı ölkələri hərəkətə keçməlidir. O, həmçinin lazımi tədbirlər görülməzsə, Avropanın gələcəyinin təhlükə altında qalacağını bildirib.