Rusiyanın paytaxtı Moskva şəhərində ötən sutka ərzində yeni növ koronavirusa daha 536 nəfər yoluxub.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, paytaxtda koronavirusa yoluxanların ümumi sayı 3893 nəfərə çatıb.

Xatırladaq ki, daha əvvəl 3357 nəfərin pandemiyaya yoluxduğu bildirilib.

Qeyd edilir ki, hazırda koronavirusa yeni yoluxan şəxslərin bütün əlaqədə olduğu insanlar müəyyən edilir.