Ukraynada qəribə hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı müştəri supermarketdə ödəniş etmək üçün kassaya yaxınlaşıb. Kassir onun qalıq dəmir pulunu qaytardıqda isə adı açıqlanmayan şəxs əsəbiləşib. 

O, dəmir pulları qadının üzünə ataraq onu təhqir edib. Polis tərəfindən saxlanılan şəxs günahını etiraf edib. 

Onun 17 min Ukrayna qrivnası (1050 AZN) cərimə olunacağı və ya 6 ay müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.