Əfqanıstan Müsəlman Ruhanilərinin Ali Şurası koronavirusla bağlı dindarların məscidlərə getməsini qadağan edən fitva verib.

Unikal.org xəbər verir ki, bu barədə “Tolo Nyus” kanalı məlumat yayıb.
Məlumata görə, ruhanilər müsəlmanları evdə qalmağa, eyni zamanda vəfat edən şəxsin dəfnini xüsusi qaydalar çərçivəsində keçirməyə çağırıb.