Malatyanın xüsusi rejimli xəstəxanalarından birində maraqlı görüntü qeydə alınıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkimlər rəqs edərək həmin anları lentə alıblar. Onlar bunu həm özlərinin, həm də koronavirusa yoluxan xəstələrin əhval-ruhiyyələrini yüksək səviyyədə tutmaq üçün etdiklərini bildiriblər.

Həkimlərin rəqs etdiyi görüntülər insanların böyük marağına səbəb olub.