Yeni növ koronavirusun (COVID-19) geniş yayıldığı ölkələrdən biri də İngiltərədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, artıq polis insanların evdə qalmaları üçün hər yola əl atırlar. Onlar bu dəfə məşhur musiqi qrupu Bee Geesin "Hayatda qal" (Stay Alive) mahnısı ilə rəqs ediblər.

Həmin görüntülər "Şənbə günü evdə oturun, həyatda qalın" başlığı altında yayımlanıb. Video qısa zaman ərzində mətbuatda və sosial şəbəkədə böyük marağa səbəb olub.