Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 m² sahədə və ev əşyaları qismən yanıb. 

Unikal.org Fövqəladə Hallar Nazirliyininsaytına istinadən xəbər verir ki, yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.