Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə dünyaya təsir edən yeni növ koronavirus (Kovid-19) 69 mindən çox insan həyatını itirib, yoluxanların  ümumi sayı 1 milyon 260 minə çatıb.

Halbuki; ölkələr, yayılmanın qarşısını almaq üçün digər ölkələrdən koronavirusa qarşı qoruyucu vasitələr sifariş edirlər.

Unikal.org xəbər verir ki, yeni növ koronavirus epidemiyasının ən çox yayıldığı Avropa ölkələrindən biri olan İngiltərə, virusun mərkəzi olan Çindən tibbi ləvazimat sifarişlərini qəbul edib. 

Belə ki, Çindən İngiltərəyə göndərilən diaqnostik dəstlərdə, yeni növ koronavirus aşkar edilib. 

İngiltərə höküməti  tibbi-diaqnostik ləvazimat tədarükü təxirə salıb.