İsveç kralı Karl Qustaf dünyaya və İsveçə yayılan koronavirusla bağlı  Flen şəhərindəki sarayından çıxış edərək, “COVID-19”a ümummilli bir çağırışla İsveç xalqına müraciəti edib.  

Unikal.org xəbər verir ki, “Bu xəstəliyin nə qədər gec və ya tez bitəcəyindən heç birimiz məlumat verə bilmirik. Qarşımızda Pasxa bayramı var. Bu çoxdan gözlənilən tətildə insanlar səyahət etmək istəyərlər, ailələri və ya dostları ilə yaxşı vaxt keçirmək istəyə bilərlər. Ancaq bu Pasxa bayramında bu baş verməyəcək. Koronavirusun yayılması səbəbiylə evdə qalmaq lazımdır" deyə kral nitqində bildirib. 

Kral Qustaf “Mülki səfərbərlik başladı. Mən əsasən xalqımın sağlamlığını düşünürəm. Xəstəxanalarda çalışan tibb işçiləri və könüllülər, mümkün qədər canlarını qurtarmaq üçün birlikdə çalışırlar. Bu, böyük bir vəzifədir, cəsarətdir. Bu vacib işdə iştirak edən hər kəsə təşəkkür edirəm” deyə çıxışına son verib.