Sovet İttifaqı dövründə 26 aprel 1986-cı ildə Ukraynanın Çernobıl şəhərindəki atom elektrik stansiyasında baş verən partlayışın təsirləri hələ də bütün dünyaya təsir göstərir.

Belə ki, nüvə fəlakətinin baş verdiyi Çernobılda başlayan meşə yanğını səbəbindən bölgədəki radiasiya səviyyəsi 16 yarım dəfə artıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə radiasiyanın olması səbəbiylə girilməyən meşədə yanğın baş verib. Ukraynanın Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli komandalar yanğının söndürülməsi üçün işə başlayıblar. 

Nazirliyin açıqlamasında yanğının AN-32P təyyarələri və MI-8 helikopteri, habelə indiyə qədər 80 ton yanğınsöndürmə maşını və 140 şəxsi heyət tərəfindən 140 ton sudan istifadə edildiyi bildirilib. Yanğın səbəbindən bu günə qədər bölgədə 20 hektar meşə sahəsi kül olub.

Qeyd edək ki, radiasiya səviyyəsi sürətlə artırmaqda davam edir. Çernobıl şəhərində atom elektrik stansiyasındakı fəlakətin izləri hələ də görünsə də, bölgədəki radiasiya səviyyəsi normadan çoxdur.

Yanğın səbəbiylə bölgədə edilən son ölçmələrdə bu səviyyənin aşdığı açıqlanıb. 

Mütəxəssislər tərəfindən edilən ölçmələrdə Çernobıl şəhərində radiasiyanın normadan 16,5 dəfə yüksək olduğu bildirilib.