İsraildə yeni koronavirus yoluxanların sayı (COVID-19) 8 min 611-ə, həyat itkisi isə 51-ə çatıb. 

Unikal.org İsrail KİV- ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, “COVID-19” son 24 saatda koronavirus  diaqnozu qoyulan daha 2 xəstənin öldüyü bildirilib.

Bununla da ölkədə həyatını itirənlərin sayı 51-ə çatıb.

Açıqlamada, eyni zamanda İsraildə son 24 saatda daha 181 nəfərdə  “COVID-19” aşkarlandığı və yoluxanların ümumi sayının 8 min 611-ə yüksəldiyi bildirilib.

Xəstələrin 141-nin vəziyyətinin ağır olduğu, 585 nəfərin sağaldığı qeyd olunub.