Ermənistanda koronavirusa yoluxanların sayı 833-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, son 24 saatda yoluxanların sayı daha 11 nəfər artıb. 

Hökumət başçısının məlumatında, son 24 saatda pandeymiyaya yoluxmuş 68 yaşlı koronavirus xəstəsi həyatını itirib. 

Bununla da Ermənistanda koronavirusadan ölənlərin sayı 8-ə çatıb.