Hacıqabul rayon İcra Hakimiyyəti başçısı özünə yeni müavin təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Rüstəm Xəlilov müvafiq əmri ilə, Məmmədova Xuraman Baba qızı icra hakimiyyəti başçısının müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri təyin olunub.O, bu təyinata qədər Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə  Rüstəm Xəlilovun əmri ilə, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı tutduqları vəzifədən azad edilmişdilər.

Famil Fərhadoğlu