Bu gün  Bəsrə əyalətinin qərbində Amerikanın Halberton şirkətinə (İraqın cənubunda) atəş açıldığı bildirilib.

Unikal.org Birlik.az-a istinadən xəbər verir ki, bununla bağlı Bağdad Əl-Youm agentliyi məlumat yayıb.

Bildirilib ki, Amerikanın İraqda fəaliyyət göstərən həmin neft şirkətinə 5 raket atılıb. Şirkət Bəsrənin qərbindəki neft yataqlarında yerləşir. Təhlükəsizlik mənbələri raket atılma yerini kəşf etdiyini və araşdırmaların davam etdiyini də söyləyib.

Mənbə bildirib ki, raketlərdən biri İraqın ən böyük neft yatağına düşüb. İraq xəbər mənbələri həmçinin bildirib ki, həmin şirkətdə amerikan işçilər əvvəldən xaric edilmişlər, orada yalnız iraqlı işçilər qalmışdı.