ABŞ-ın Florida ştatının, Fort Myers şəhərindəki Southwest Florida beynəlxalq hava limanında park edilmiş 3500 icarə maşınlarının yaşıl bölgəsində yanğın baş verib.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, Regional yanğın idarəsindən verilən açıqlamada yanğının 15 hektar əraziyə yayıldığı bildirilib. Alovların əvvəlcə 20 nəqliyyat vasitəsinə atıldığı, ancaq yanğının tamamilə söndürülməsinə qədər 3500 nəqliyyat vasitəsinin kül olduğu qeyd olunub.

Təxminən 18 saatdan sonra söndürülən yanğın zamanı göyü qara tüstü bürüyüb. Yanğının hava limanındakı binalara sıçramadığı, xəsarət və həyat itkisinin olmadığı bildirilib. 

Yanğının səbəbi hələ məlum olmasa da, hadisə ilə əlaqədar istintaq başladılıb.