Çinin Uhan şəhərində meydana gələn və dünyaya təsir edən koronavirusun ən təsirli olduğu ölkələrdən biri olan İtaliyanın Biella şəhərində yerləşən qocalar evində yaşayan 104 yaşlı Ada Zanusso qusma, yüksək atəş və nəfəs darlığı şikayətləri ilə 17 martda xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki,  ilkin tibbi müayinəyə alınan 104 yaşlı Ada Zanusso tez bir zamanda koronavirusa qalib gəlib. 

Belə ki, sağalmasını böyük sevinclə qarşılayan həkimlər Zanussonu “ümid işığı” olaraq görürlər. 

Qeyd edək ki, həkimlərin açıqlamasına görə, Zanusso eyni zamanda 1918-1920-ci illər arasında baş verən “İspan” qripinidə məğlub edib.