Dünyada yeni növ koronavirus epidemiyasına yoluxanların və ölümlərin sayının günü-gündən artması müşahidə olunur. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada, xüsusən də ABŞ-da şöhrət qazanan Türkiyəli Prof.Dr.Mehmet Öz koronavirus epidemiyası ilə bağlı bir sıra sualları cavablandırıb. 

Belə ki, Dr. Mehmet Öz “Epidemiya nə vaxt başa çatacaq?” sualına: “Virusun nə zaman yavaşacağını və ya tamamilə bitəcəyini proqnozlaşdırmaq çox çətindir. Aprel və May aylarında sosial məsafə qaydaları gözlənilərsə koronavirusun azalma sayına təsir edəcək və yayılmasını yavaşlatacaq” deyə cavablandırıb.