Dünyada 1 milyondan çox insanın yoluxduğu yeni növ koronavirusla (COVID-19) bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Çində insanları təşvişə salacaq bir araşdırma aparılıb. Belə ki, aparılan araşdırmanın nəticələrinə görə koronavirusa yoluxan 5 nəfərdən 4-ü simptom göstərmir.

Məlumata görə, 1 aprel tarixində Çində koronavirusa yoluxan 166 nəfərdən 133-də xəstəliyin heç bir əlaməti olmayıb.