“Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi”.

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.Onun sözlərinə görə, məqsəd vətəndaşlarımızın təhlükəsizlyinin təmin edilməsinə və sağlamlığının müdafiəsinə yönəlib:

Məhkumların əfv edilməsi Ümummilli ilder Heydər Əliyevin  yaratdığı hüquqi-humanist ənənlərin davamıdır və  xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Təsadüfi deyil ki , bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib . Bu sadəcə statistika deyil həmin sayda ailənin sevinci deməkdir .Əfv fərmanı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı və bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsaında duran yüksək mənəvi dəyərlərdir ki ,  bu da özlüyündə  xüsusi qiymətləndirilməlil bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrubuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb . Tibb işçilərimiz bu qrupu  xüsusi risq qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir . Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əvflə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahüridir . Ancaq əlbətdə bu addım nə qədər vacib və humanistirsə bir o qədər də əvf olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir . Çünki bu əvfdən sui istifadə etmək , yenidən cinayət əməllərinə meylənmək əsla  yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər  .Ona görə də istər əvf edilmiş məhkumlar istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli , ümummilli həmrəyliyimzə töhvə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər . Çünki bütövlükdə azərbaycan cəmiyyəti hadisəni haqlı olaraq belə də qiymətləndirir”.

Famil Fərhadoğlu