"İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı Heydər Əliyev siyasətinin davamının əsas mərkəz nöqtəsidir".

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

"Cənab prezident həmişə  bu humanizm  siyasətini rəhbər tutaraq insanların əfv olunmasını və onların cəmiyyətə lazımi bir insan kimi təqdim olunmasının tərəfdarı olub. Mütəmadi görmüşük ki, bayramlarda, önəmli günlərdə bu cür sərəncamlar olur. Siyahıya düşənlər isə öz günahlarını başa düşüb, müraciət edənlərdir. Belə ki, sözügedən əfv siyahısında nəzərə alınıb ki, onların himayəsində azyaşlı uşaqlar, əlil şəxslər var. Həmçinin, bu gün siyahda qadınlar və  yaşlı insanlar da kifayət qədər yer alıb.

Onu da qeyd edim ki, cənab İlham Əliyev dəfələrlə bu cür  humanist addımlar atıb. Həmçinin, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da 10 min məhbusun azad olunması üçün amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət etmişdi. Bununla da minlərlə ailəni sevindirib. Bir sözlə, bu sərəncam Azərbaycan Prezidenti tərəfindən atılan çox gözəl humanist addımdır".

Orxan Həsənli