Türkiyədə tibbi maskalar xalqa pulsuz paylanacaq.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O, qeyd edib ki, maskaların satılması qəti qadağandır.

Dövlət başçısı "e-devlet" portalında və PTT poçt saytında sorğu göndərən bütün vətəndaşlara pulsuz maskalar paylamağa başlandığını deyib:

"Bir dövlət olaraq bütün vətəndaşlarımıza pulsuz maskalar təqdim etməkdə qərarlıyıq".