Hollandiyada  Amersfoort Rəhman Məscidinin səlahiyyətliləri koronavirsla mübarizə aparan tibb işçilərinə quran ayələri ilə təşəkkür ediblər. 

Unikal.org xəbər verir ki, Hollandiyada Amersfoort Rəhman Məscidi səlahiyyətliləri, Meander Xəstəxanasının qarşısındakı avtobus dayanacağında asılmış pankartla koronavirusla mübarizə edən sağlamlıq işçilərinə təşəkkür etdiklərini bildiriblər.

Belə ki, Pankartdakı ayənin altına “Səhiyyə işçilərinə təşəkkür edirəm” ifadəsi yazılıb.

Qeyd edək ki, Hollandiyada 18 min 803 insan koronavirusa yoluxub, 867 insan isə virusun qurbanı olub.