Qlobal böhranın qarşısını almaq üçün bütün dünyada karantin rejimi tətbiq edilir.

Unikal.org xəbər verir ki, Filippində karantin qaydalarına əməl etməyən şəxs polis tərəfindən öldürülüb. 

Belə ki, 63 yaşlı filippinli maska və tibbi əlcəkdən istifadə etmədən çölə çıxıb. Polisin əmrinə tabe olmayan şəxs polisləri təhqir edib və onlara hücum etməyə başlayıb. Bu zaman şəxs polis tərəfindən silahla güllələnib. 63 yaşlı vətəndaş yerindəcə həyatını itirib.