Bakının Nizami rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, axşam saat 21:00-da Bakı sakini, 1998-ci il təvəllüdlü Elçin Qədirov oğurluğa cəhd göstərib. Mağaza sahibinin sayıqlığı nəticəsində E.Qədirov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.