Dənizlidə dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Nagihan K. adlı qadın 4 yaşlı oğlu Ali K.-nı boğaraq öldürüb. O, oğlunu öldürdükdən sonra polisə zəng vuraraq əməlini etiraf edib.

Cinayətkar qadın evə gələn polis əməkdaşlarına təslim olub. O, öz ifadəsində 4 yaşlı oğlunu kağıza yazılan yazını oxuya bilmədiyi üçün öldürdüyünü etiraf edib. 

Qatil ana həmçinin oğlunun boğazını sıxarkən onun dəfələrlə "Ana etmə!" deyərək yalvardığını qeyd edib.