Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (COVID-19) iqtisadiyyatın əksər sahələrinə mənfi təsir göstərir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə İngiltərənin məşhur geyim və məişət əşyaları mağazası olan "Debanhams" iflasını açıqlamağ hazırlaşır.

Bu barədə şirkətin rəhbəri Stefaan Vanstinkist açıqlama verib. Buna baxmayaraq o bildirib ki, mağazanın onlayn satışları davam edəcək və koronavirusla bağlı qadağalarana radan qalxdıqdan sonra müştərilərə əvvəlki kimi xidmət göstəriləcək.

Qeyd edək ki, dünyada 220 mağazası olan və 242 illik tarixə malik olan "Debanhams" şirkətinin 28 min işçisi var.