Türkiyədə yeni növ koronovirusdan (COVID-19) son sutka ərzində daha 76 nəfər dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saat ərzində 20 023 nəfər koronavirus testindən keçib. Onlardan 3 892-də koronavirus aşkarlanıb. 

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 725 nəfər ölüb. Virusa yoluxanların ümumi sayı isə 34 109 nəfər olaraq açıqlanıb.

Onlardan 1 474 nəfərin vəziyyəti ağırdır. 1 582 nəfər isə müalicə olunaraq evə buraxılıblar.

Bu gün sağalan 256 xəstə evə buraxılıb.