Fransada son sutka ərində 607 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin rəhbəri Jerom Salomon məlumat verib.

O bildirib ki, pandemiyanın başlandığı müddətdən xəstəxanalarda 7 091 nəfər ölüb. Qocalar evlərində isə 3 237 insan koronavirus səbəbindən həyatını itirib.