Türkiyənin Avropa İttifaqı (Aİ) yanında Daimi Nümayəndəliyinin əməkdaşı Ahmet Eğri koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, A.Eğri Brüsseldə karantinə alındığı xəstəxanada vəfat edib.