Kanadalı məşhur aktrisa Şirli Duqlas pnevmoniyadan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə 86 yaşlı aktrisanın oğlu Donald Sazerlend məlumat verib.

Onun sözlərinə görə, pnevmoniya sürətlə yayılmağa davam edən koronavirusla bağlı deyil.

Qeyd edək ki, Şirli Duqlas "Lolita", "Masmer", "Ölümlə bağlı", "Qadına baxın" kimi filmlərlə məşhurlaşıb.