Qətər, yeni koronavirus (COVID-19) xəstəliyinə qarşı mübarizəni dəstəkləmək üçün İtaliyaya 2 sahə xəstəxanası göndərib.

Unikal.org Qətər xəbər agentliyinin QNA-ya istinadən xəbər verir ki, Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani İtaliyaya tibbi yardım istəməyi tapşırıb.

İki sahə xəstəxanasından ibarət olan ilk tibbi yardımın Qətər Hava Yollarına məxsus iki hərbi təyyarə tərəfindən göndərildiyi və bu gün İtaliyaya gəlməsi planlaşdırıldığı bildirilib. 

Xəstəxanaların hər biri 5 min 200, digəri isə 4 min kvadratmetr ərazidə quraşdırılacaq olan “COVID-19” xəstələrinin müalicəsi üçün müasir texniki cihaz və avadanlıqlarla təchiz ediləcəyi bildirilib. 

Qeyd edək ki, İtaliyada indiyə kimi  17 min 127 nəfər koronavirusun qurbanı olub.