“Twitter”in baş direktoru (CEO) Cek Dorsey, yeni növ koronavirus (COVID-19) ilə mübarizə üçün 1 milyard dollar yardım edəcəyini açıqlayıb.

Unikal.org məlumat verir ki, sosial media nəhənginin qurucusu Cek Dorsey “Twitter” hesabında ümumi aktivlərinin təxminən 28 faizi, milyard dollarlıq epidemiya ilə mübarizəyə bağışlayacağını açıqlayıb. 

Dorsey, sahibi olduğu Square tətbiqindən bir milyard dollarlıq ianə köçürəcəyini, qızların sağlamlığı və təhsili koronavirus epidemiyasından sonra universal təməl araşdırmalarına kömək edəcəyini də qeyd edib.