“Milan”ın futbolçusu Teo Hernandes “Barselona”nın “radar”ına düşüb.

Unikal.org xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın 22 yaşlı müdafiəçi üçün 40 milyon avro təklif edəcəyi bildirilib.

2019-cu ildən “Milan”da çıxış edən Teonun müqaviləsi 2024-cü ilə qədərdir. Daha əvvəl İspaniyada “Atletiko” və “Real”da forma geyinən futbolçu ilə “Yuventus” da yaxından maraqlanır.