"Survivor 2020" yarışmasını tərk edən şəxsin adı bilindi. 

Unikal.org xəbər verir ki, TV8-də yayımlanan verilişdə "Məşhurlar" komandasından yarışı tərk edən şəxs Pərviz Abdullayev olub.

Konsey günü ən çox adı yazılan iştirakçılar arasında olan Pərviz SMS yarışında geridə qalıb.

Bu vəziyyət isə bütün tamaşaçıları, o cümlədən Pərvizi şoka salıb. Sonda  isə Pərviz hər kəsə uğurlar arzu edərək yarışmanı tərk edib.