Dünyada 82 mindən çox insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxdığı ilk yer Çinin Uhan şəhərində karantin müddəti başa çatıb.

Unikal.org xəbər verir ki, təxminən 11 həftəlik karantindən sonra Uhandan gələn qatar və təyyarə xidmətləri bu gün yenidən başlayıb, magistral yollar yenidən açılıb.

Epidemiya səbəbiylə şəhərdə qalan Çinlilər, təxminən 3 ay sonra səyahət etmək sevincini yaşayıblar.

Qeyd edək ki, koronavirus xəstəliyinin mərkəzi olan Uhan şəhəri, 23 yanvar tarixindən etibarən karantin altına alınıb. Bütün təyyarə, qatar xidmətləri və şəhərdə ictimai nəqliyyat dayandırılmışdı.