Türkiyənin Diyarbakır əyalətinin Kulp rayonuna terrorçu PKK qruplaşmasının hücumu nəticəsində 5 dinc sakin öldürülüb.

Unikal.org  Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumatı Diyarbakır valiliyi yayıb.

Belə ki, dinc kənd sakinlərindən ibarət meşə təsərrüfatı işçiləri odun toplamağa gedib. Terrorçular kənd sakinlərinin istifadə etdiyi yola əvvəlcədən yerləşdirdikləri əldəqayırma partlayıcı qurğunu partladıblar. Nəticədə 5 dinc sakin terror hadisəsinin qurbanı olub. 

Qeyd edək ki, ərazidə antiterror əməliyyatı aparmaq üçün əlavə qüvvə göndərilib.