Çində ortaya çıxan və dünyaya təsirli ölümcül koronavirus iqtisadiyyat sektoruna da mənfi təsir göstərib. 

Unikal.org xəbər verir ki, Almaniyada yerləşən Lufthansa Hava Yollarının İdarə Heyəti tərəfindən keçirilən iclasda, “Germanwings” Hava Yollarının bağlanması qərara alınıb.

Qərar yenidən qurulma paketi çərçivəsində elan edilib. “Germanwings”in bağlanması ilə 2000-ə yaxın işçi işsiz qalıb.